Sosial şəbəkələrdə fələstinli və yəhudi qadının ortaq etirazını əks etdirən foto-şəkil yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu şəkil 3 fərqli tarixdə çəkilmiş 3 fotodan meydana gəlib.
Fotolardan biri 1973-cü ildə, 2-si 1994-cü ildə, sonuncusu isə 2001-ci ildə çəkilib.
Şəkillərdə əllərində ingilis dilində yazılmış şüar tutan fələstinli, ərəb və amerikalı yəhudi var.
Ərəbin əlindəki şüarda, “Mən Qüdsdə doğulmuş fələstinli ərəbəm. Fələstin mənim vətənimdir. Amma ora gedə bilmirəm” - yazılıb.
Yəhudi qadının əlindəki şüarda isə, “Mən Amerika yəhudisiyəm. İsrail mənim vətənim deyil. Amma ora gedə bilərəm” - yazılıb.
