Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın baş sayı 1,0 faiz artaraq 2724,1 min başa, qoyun və keçilərin sayı 1,1 faiz çoxalaraq 8841,2 min başa çatıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə 1,9 faiz çox və ya diri çəkidə 220,7 min ton ət, 3,1 faiz çox, yaxud 929,2 min ton süd, 12,2 faiz çox və ya 768,8 milyon ədəd yumurta, 2,1 faiz çox, yaxud 15,0 min ton yun istehsal edilib.
“Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 10,1 faiz, heyvandarlıq məhsullarının istehsalı 3,0 faiz, bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalı 5,8 faiz artıb”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az