İsrail aviasiyasının Qəzza zolağına endirdiyi yeni hava zərbəsi nəticəsində daha 3 fələstinli ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə France-Presse agentliyinə yerli qəza-xilasedici xidmətinin mətbuat katibi Əşrəf əl-Kudr deyib.
Beləliklə, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 200-ə çatıb.
Məlum olduğu kimi, iyulun 8-də İsrailin Müdafiə Ordusu Qəzza bölgəsində HƏMAS-a qarşı “Sarsılmaz qaya” əməliyyatının başlanmasını bəyan edib.