Model İrina Şeyk yeni fotosessiyaya çəkilib.
Oxu.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, rusiyalı model “Linda Farrow” günəş eynəklərinin 2015-ci il kolleksiyası üçün fotokamera qarşısına keçərək çimərlik paltarında pozlar verib.
Yeni fotosessiyada cazibədar modelin tərəf müqabili dünyaca məşhur model Cerrod Skot olub.