24 yaşlı İspaniya gözəli Patrisia Yurena sosial şəbəkədə paylaşdığı foto ilə hər kəsi şoka salıb.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, o, qız sevgilisi ilə çəkdirdiyi fotonu İnstagram hesabında paylaşaraq lezbiyan olduğunu açıqlayıb. Yurena ifaçı sevgilisi Venesa Karteslə eşq yaşadığını etiraf edib.
Onu da qeyd edək ki, Yurena 2013-cü ildə “Miss Spain” seçilib.