Tovuz rayonunda qeyri-adi xilasetmə əməliyyatı olub.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, rayon ərazisindəki hündür qovaq ağacına qalxan pişik sonradan oradan enən zaman çətinliklə üzləşib.
Pişiyin səsinə yığışan ətrafda yaşayanlar onun xilas edilməsi üçün işlərə başlayıblar. Nərdivanla ağaca qalxan vətəndaşlar məstanı ordan endirə biliblər. Daha sonra qorxmuş pişik qaçaraq sakinlərdən uzaqlaşıb.