“İşte benim stilim all star”da bu həftə bir iştirakçı 10 min qazandı, digər üç nəfər isə yarışmanı tərk etdi.

Oxu.Az xəbər verir ki, proqramın ötəngünki buraxılışında Sima Şərafətdinovanın 12 min TL-lik libası divar kağızına bənzədilib.

Çiğdem isə rəqsiylə münsifləri ovsunlamağı bacarıb. Onun geyimini bəyəndiyini deyən və rəqsi haqqında danışan münsif Nur Yeşiltaş “Səndən qorxuram Çiğdem, o kürsüyə necə oturdun?” deyib. Çiğdəmə Kemal Doğulu 8, Nur Yeşiltaş 9, İvana 9 bal verib.

10 min TL-lik pul mükafatına namizəd isə Ezgi və Gülşah eyni, 40 xal toplayaraq bərabər qalıblar. Jürinin səsverməsi nəticəsində mükafatı Ezgi qazanıb.

Verilişin qala gecəsi 3 qonağın - Rober Hatemo, Aynur Aydın və Oktay Gürtürkün mahnılarıyla daha da rəngarəng keçib.

Sonda münsiflər əkizlər (Aycan-Nurcan Şencan), Özden və Emel arasında seçim etmək məcburiyyətində qalıb. Müsabiqəni əkzilər ilə Emel tərk etməli olub.


Aytən Sadıqzadə
www.oxu.az