“İşte benim stilim all star”ın çərşənbə günü yayımlanan buraxılışında Sima Şərafətdinova Çiğdem Çelik üçün “həddini bilmirsən, nə öz yaşına, nə də qarşındakı insana görə davrana bilirsən. Səni sevmirəm və üzünə baxıb səni dinləmək istəmirəm” deyərək ağlamağa başlayıb.
Oxu.Az xəbər verir ki, Çiğdem isə “səninlə aramızda yaşananlardan fərqli nəsə dedim?” deyə Simaya cavab verib.
Sima Çiğdem ilə Gülay Hançerin ona qarşı qəribə rəftar etdiyini söyləyib.
Ayşegül Doğan isə “Sima çöldə şıltaq qız, amma burada canavar olur. Sən hər kəsə istədiyini söyləyirsən, amma birimiz sənə nəsə deyəndə dərhal ağlayırsan” deyib.
Daha sonra digər iştirakçılarla da Sima arasında mübahisə davam edib.
Sonda iştirakçılar və münsiflər heyəti onun geyimini bəyənmədiyini söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az