Xəbər verdiyimiz kimi, “Zuhal Topalla” evlilik verilişinin azərbaycanlı iştirakçısı Naz Mila ötən verilişlərdə proqramın digər iştirakçısı, həmyerlimiz Əli Əkbər ilə barışmaq üçün dəfələrlə şans istəsə də, Əli ona razılıq verməyib və Naz baş verənlərdən sonra proqramı tərk edib.
Oxu.Az xəbər verir ki, ötən gün Naz yenidən verilişə qatılaraq Əlini razı salmağa çalışıb. Lakin qəribə hərəkətləri ilə diqqət çəkib. İştirakçılar buna görə onu qınayıblar. Onlar Nazın əslində kədərli olmadığını, bütün gün rəqs edərək bunu sosial şəbəkədə nümayiş etdirdiyini bildiriblər.
A.S.
www.oxu.az