Beş gün əvvəl itkin düşən amerikalı aktrisa Lindsi Perlman ölü tapılıb.
“General Hospital” serialı ilə məşhurlaşan 43 yaşlı aktrisanın cəsədi Los-Ancelesdə tapılıb.
Bu barədə aktrisanın həmkarı olan həyat yoldaşı Vans Smit “Instagram”da yazıb:
“Polis Lindsini tapıb. O öldü. Məhv olmuşam”.
Polisə daxil olan məlumat əsasında Franklin Avenyuda tapılan meyitlə əlaqədar araşdırma başladılıb. Məhkəmə tibbi ekspertizasının nəticəsinə əsasən tapılan meyitin məşhur aktrisa Lindsi Perlmana aid olduğu müəyyənləşib.
View this post on InstagramDigər xəbərlər