“İvanuşki- International” qrupunun keçmiş solisti Oleq Yakovlev iyunun bu gün səhər saatlarında dünyasını dəyişib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Aleksandra Kutsevol məlumat verib.
“Bu gün həyatımda əsas insan, mələyim, xoşbəxtliyim dünyasını dəyişdi... Sənsiz nə edəcəyəm? Oleq! Mən həmişə səninləyəm”, - deyə o, “Instagram”da yazıb.
Daha öncə Kutsevol Yakovlevin ağır vəziyyətdə reanimasiya şöbəsində olduğunu bildirmişdi.
Oleq Yakovlev 1998-ci ildən qrupda oxuyurdu, 2013-cü ildən isə solokaryera ilə məşğul olmaq qərarına gəlib.
A.S., S.S.
www.oxu.az