Ötən gün müğənni Diana Hacıyeva ana olub.
Oxu.Az xəbər verir ki, ifaçı bu ilin iyununda “Radio & Video” rok-qrupunun solisti Əli Nəsirovla ailə həyatı qurub. Cütlüyün ötən gün qız övladı dünyaya gəlib.
Qeyd edək ki, caz ifaçısı Diana hazırda “Beatheaven” qrupunun solistidir. O, bir neçə dəfə “Eurovision” müsabiqəsinin milli seçim turlarında iştirak edib. Bu, D.Hacıyevanın ikinci evliliyidir.
Aytən Sadıqzadə
www.oxu.az