Məşhur teleaparıcı və model Çağla Şikel sosial mediada paylaşımı ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, cazibədar modelin “Instagram” hesabında bazar günü canlı yayım açacağına dair yayımladığı videodakı görüntüsü izləyicilərini heyrətləndirib.
Üzünün xüsusi ilə qaş və yanaq hissələrinin həcmli görünməsi sosial media əhli tərəfindən xoş qarşılanmayıb.
İzləyicilərin yazdığı “Üzünüzə işıq dolğusu etdirmisiniz. Bu şişkinlik ona görədir” rəyləri Çağlanı qəzəbləndirib.
Şikel “Siz nələr danışırsınız. Koronavirusun yayılaraq, minlərlə can aldığı günlərdəyik. İnsanlar canlarının hayında, dərdləri çörək tapmaqdır. Sadəcə, işimə gedib, gəlirəm. Dolğu, botoks isə bizim ən son danışıb, müzakirə edəcəyimiz dərdlərdir”, - deyə sərt reaksiya bildirib.
View this post on InstagramQeyd edək ki, Çağla Şikel Türkiyədə ən təlabatlı və yüksək qonorar alan modeldir. O, formada qalmaq üçün gözəlliyinə külli miqdarda pullar xərcləyir.
Rəşad Əliyev
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyənin sabiq naziri həbsxanada huşunu itirdi
- "GTA VI" çılğınlığı başladı: İş yerləri bağlanır, insanlar məzuniyyətə çıxırlar - Video
- AKP-nin yüksəkvəzifəli üzvünün oğlu istintaqa cəlb olundu
- Ekrem İmamoğluna həbs cəzası verildi və siyasi fəaliyyət qadağası qoyuldu
- Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı
Digər xəbərlər