Müğənni İzzət Bağırzadə yeni avtomobil alıb.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Onlar” verilişinə açıqlamasında deyib. Yeni maşını ilə kamera qarşısına keçən İ.Bağırzadə “Kreditlə almısız?” sualına belə cavab verib:
“Hummer” həvəskarıyam. Bundan əvvəl də bu markada avtomobilim var idi. Amma dostum Kamil (Kamil Zeynalov idmançı – red.) yoldan çıxartdı, satdım ona. İndi yenisini gətizdirmişəm. Kredit deyil. İstəsəniz, sənədləri göstərə bilərəm. Əvvəl bir neçə dəfə kreditə maşın almışam. Amma son vaxtlar nağd pul ödəyirəm”.
Qeyd edək ki, həmin avtomobilin qiyməti ilindən asılı olaraq 30-90 min arasında dəyişir.