Tanınmış türkiyəli aktyor Kadir İnanır xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, 69 yaşlı aktyorun beynində problem yaranıb və əməliyyat olunub.
Əməliyyatdan sonra isə onu reanimasiyaya yerləşdiriblər. Vəziyyəti stabil olaraq qalır.
Qeyd edək ki, azərbaycanlılar Kadir İnanırı “Selvi boylum, al yazmalım” filmi ilə tanıyıb.
Pərviz Hüseyn
www.oxu.az