Mediada tanınmış məşqçi Kamil Zeynalovun polisə əl qaldırdığına görə Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olması xəbəri yayılıb.
Oxu.Az məsələ ilə əlaqədar idmançı ilə əlaqə saxladı:
“Yanlış informasiyadır. Hazırda Qaxda istirahətdəyəm. Mən o dərəcədə harınlamamışam ki, polisə, dövlət işçisinə əl qaldırım. Təxminən bir həftə əvvəl sənədlərim üzərimdə olmadığından polis avtomobilimi saxlamışdı. Yəqin bu şayiələr də ondan qaynaqlanıb və şişirdilmiş formada məlumat yayılıb”.
Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov müğənni Gülay Zeynalovanın həyat yoldaşıdır.
Aytən Sadıqzadə
www.oxu.az