Müğənni Gülay Zeynallı və həyat yoldaşı, məşqçi Kamil Zeynallı qızları ilə birgə istirahətə yollanıblar.
Oxu.Az xəbər verir ki, cütlük dincəlmək üçün Türkiyəni seçib. Antaliyada əylənən məşhur ailə sosial şəbəkədə maraqlı fotolarını paylaşıb.
Gülay Zeynallı şəkillərə "Gözəl günləri Allah heç bir ailəyə və bizə çox görməsin. Hər bir ürəyə dəniz qədər sevgi arzulayıram. Allah hər kəsin ailəsini qorusun bizim ailəni də həmçinin" şərhini yazıb.