Teleaparıcı Kamran Həsənli maraqlı açıqlamalar verib.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, “Günə Baxan” verilişinin aparıcısı Kamran Həsənli açıqlaması ilə tamaşaçıları təəccübləndirib.
“Hərdən elə düşünürük ki, sırğa taxanların hamısı incə oğlanlardır. Bir neçə il öncə Amerikada “Hummer” hərbi maşın idi. Reperlər isə o avtomobili mülki maşın etdilər. Azərbaycana gələndə isə incə oğlanlar o maşından sürməyə başladılar. Məsələn, Türkiyədə sırğa taxan oğlana söz atsanız, döyülərsiniz. Sırğa taxana orada söz atmaq olmaz. Bizim fərqimiz budur. Bizim bəzi kişilər artıq yaylıq da bağlayırlar”.