“Kara Para Aşk” serialında Nilüfer obrazını canlandıran aktrisa Bestemsu Özdəmir evinin qapılarını “InStyle Home” dərgisinə açıb.
Oxu.Az xəbər verir ki, aktrisanın Kemerburgaz Göktürkdə yaşadığı ev mənzərəsiylə Alfred Hitchcock-un “Arxa pəncərə” filmini xatırladır.

Evinin divarlarını rəngləndirən bütün yağlı boya tablolarını aktrisa özü hazırlayıb.
“Uşaqlıq illərimdən bəri rəsm çəkməyə marağım var. Anam həmişə mənim incəsənətə istiqamətlənməyimin qaçılmaz olduğunu söyləyərdi”,- deyə aktrisa bildirib.

Aktrisa iki yataq otağı, açıq mətbəx, qonaq otağı və hamam otağından ibarət bu evi işıqlılığına və qarşısındakı böyük balkona görə seçib. O, müsahibəsində “Bura axtardığım meyarlara uyğun idi” deyib.

Özdemir 115 kvadrat metrlik evinin qarşısında uzanan 25 kvadrat metr düzbucaqlı balkona ata evindən gətirdiyi yumru yemək masasını və stulları, digər bir küncə həsir ağ divan yerləşdirib. Aktrisa evdə ümumiyyətlə daha çox orada vaxt keçirdiyini vurğulayıb.

Özdemir hər kəsin onu ispan qadınlarına bənzətdiyini deyib:
“Məni Penelope Cruz və Salma Hayek-ə bənzədirlər. Əslən ərzincanlıyam. Amma uşaqlığım Ankara, sonra isə İstanbulda keçib”.

Aktrisa gündəlik həyatda makiyaj etmədiyini da sözlərinə əlavə edib.

Aytən Sadıqzadə
www.oxu.az