Dünyaca məşhur model Kate Moss “W Magazine” dərgisinin aprel buraxılışının qonağı olub.
Oxu.Az xəbər verir ki, “Piece of Kate” (“Keytin hissələri”) adlı fotolayihə 41 yaşlı modelin hələ də dünyada çox pərəstişkarı olmasını və gənc qadınlar üçün ideal olduğunu göz önünə sərgiləyir.
1988-ci ildən bəri modellik edən Moss, fərqli həyat tərzi səbəbi ilə dəfələrlə tənqid olunsa da, İngiltərə başda olmaq üzrə dünyanın dörd bir yanından milyonlarla pərəstişkarı ondan asanlıqla imtina etmir.
Aytən Sadıqzadə
www.oxu.az