Əsl adı Tess Munster olan 29 yaşlı amerikalı model Tess Holliday “Daily Mail”ə verdiyi müsahibədə " Mən çimərlik geyimi və köynəklər geyinib bədənimi göstərməyi sevirəm" deyib.
Oxu.Az xəbər verir ki, Tess Holliday moda dünyasının ümumi model ölçülərinə uyğun gəlməsə də, bunun hələlik kiçik bir addım olduğunu, amma gələcəkdə bir çox qadının xəyallarının reallaşdırmasına yol açdığını düşünür.
1.65 sm boyunda olan böyük bədənli Tess illərdir model olmağı arzulayırmış. Amma artıq kiloları ucbatından lağ mövzusuna çevrilməkdən qorxurmuş.
Tess Holliday geyim sənayesi və moda jurnallarının gənc qadınlara ziyanverici təsir göstərdiyini də düşünür. Xüsusilə, "ümumi standartlara" uyğun gəlməyənlərə. Bunun üçün ictimai mediada #effyourbeautystandarts kampaniyasına başlayıb, gənc qızları və qadınları öz kilolu bədənləri ilə xoşbəxt olmağa istiqamətləndirir.
Tess Holliday bir ingilis firması ilə müqavilə imzalayaraq adını tarixə salmağa nail olub.
Aytən Sadıqzadə
www.oxu.az