Tuba Altıntop 12 il əvvəl boşandığı keçmiş həyat yoldaşı, müğənni Rafet El Romandan 142 min türk lirəsi dəyərində maddi təzminat tələb edib.
Oxu.Az xəbər verir ki, Altıntop Romana 2006-cı ildə dava iddiası açaraq "Rafet ortağı olduğum “RER Musiqi”dən haqqım olan pulu mənə ödəmədi" demişdi.
9 ildir davam edən dava Altıntopun lehinə nəticələnib. Məhkəmə Rafet El Romanın keçmiş həyat yoldaşına 142 min TL təzminat ödəməsinə qərar verib.
Pulu hələ də Rafetdən ala bilməyən Altıntop müğənninin Beyoğlundakı ofisinə polis məmurları göndərib. Ofis işçiləri qarşılarında məmurları görüncə vəziyyəti telefonla Əl Romana xəbər verib. Məşhur müğənni vəkillərdən 1 həftə müddət istəyib.
Xatırladırıq ki, 1996-ci ildə evlənən cütlük 2003-cü ildə boşanıb. Roman “Məni aldatdı” deyərək Altıntopun qızlarıyla bir neçə müddət görüşməsinə icazə verməyib.
Aytən Sadıqzadə
www.oxu.az