Bakıda daha bir yol müvəqqəti bağlanır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Mikayıl Useynov prospektinin Bayraq meydanından “Azneft” dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Xanlar küçəsindən istifadə etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az