Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı aparıcı Kəmalə Piriyeva olub.
O qeyd edib ki, incəsənət sahəsinə uşaqlıqdan marağı olsa da, bunu ətrafından gizlədib.
"Məndən böyüyəndə kim olacağımı soruşanda deyirdim ki, psixoloq olmaq istəyirəm. Əslində isə bu belə deyildi. Amma incəsənət sahəsində olmaq istədiyimi göstərməyə çalışırdım. Məktəb tədbirlərində həm aparıcı olurdum, həm şeir deyirdim, həm də mahnı oxuyurdum. Kənardan məni həvəsdən salacaq sözləri eşitməmək üçün bu sahəyə yönəlmək istədiyimi demirdim".
İnsan münasibətlərindən də danışan aparıcı bildirib ki, yeni tanış olan insanların bir-birinə kifayət qədər səmimi davrandıqlarına inanmır:
"Özünü qorumaq üçün sərhədi saxlamaq lazımdır. İnsanlar özlərini olmaq istədikləri kimi təqdim edirlər".
K.Piriyeva valideynlərinin onu niyə qəbul etmədikləri barədə də danışıb.
Ətraflı süjetdə:
Kəmalə Piriyevanın illərlə gizlətdiyi sirr: Valideynləri onu niyə qəbul etmirdilər?