Müğənni Kərim Abbasov ailə üzvlərinə internetdən istifadəni qadağan edib.
Oxu.Az xəbər verir ki, ifaçı bu haqda ANS telekanalında yayımlanan “İncə maraqlar” verilişində danışıb:
“Bu gün internetdə biabırçı hallar baş verir. Buna görə də mənim ailəmdə kimsə internetdən istifadə etmir. Nə həyat yoldaşım, nə də bacıma icazə vermirəm. Heç bir sosial şəbəkədə də qeydiyyatdan keçmirlər”.
Aytən Sadıqzadə
www.oxu.az