Eks həyat yoldaşları prodüser Təranə Səmədova və müğənni Kərim Abbasov, rəqqasə Fatimə Fətəliyevanın ad günündə iştirak ediblər.
Oxu.Az “Onlar” verilişinə istinadla xəbər verir ki, Kərim səhnədə mahnı ifa edəndə Təranə qulaqlarını tutub.
Prodüser xanım “Mən o cür ifaları eşitmirəm. Həmin an düşes içirdim, qulaq asmırdım” deyərək müsahibə verib.
K.Abbasov isə “Mən oxuyanda heç kim, hətta xalq artistləri belə qulağını tuta, ağız əyə bilməz. İfama heç kimin iradı olmamalıdır. Çünki mən dünənki uşaq deyiləm. Mən sənətkarın tələbəsiyəm” – deyə Təranənin sözlərinə fikir bildirib.