Fətəli xan Xoyski prospektində (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısı) piyada keçidinin inşası ilə əlaqədar olaraq, Koroğlu Rəhimov küçəsi ilə kəsişmə istiqamətində, yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yolun həmin hissəsində tikinti işləri 2 ay müddətində davam edəcək.
Elvin Əhmədov
www.oxu.az