Bakının mərkəzində “Qalatasaray” və “Fənərbağça” azarkeşləri arasında qarşıdurma yaranıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Qalatasaray” – “Fənərbağça” matçının başlanmasına bir neçə saat qalmış azarkeşlər “Torqovı”da yürüş keçiriblər. Bu zaman iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. Polisin olaya müdaxilə etməsindən sonra ara sakitləşib. Xəsarət alanların olmadığı bildirilir.
Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmada “Qalatasaray” 10-cu dəqiqədə Uesli Sneyderin vurduğu qolla “Fənərbağça”nı 1:0 hesabı ilə məğlub edib. Gərgin keçən oyunda hakim futbolçulara iki qırmızı vərəqə göstərib.