Müğənni Kərim Abbasov “Səndən adam olmayacaq” adlı yeni mahnısını təqdim edib.
Oxu.Az-a açıqlama verən ifaçı sözügedən bəstə barəsində bunları deyib:
“Məzəli mahnı bəstələmişəm. Bu, gündəlik loru dildə daima işlətdiyimiz sözlərdən dünyaya gələn bir musiqidir. Sözləri meyxanaçı Asifə məxsusdur.
Adam olmaq hər insana məxsus olmur. Gəlin, adam olmağa çalışaq və həyatımızı adam kimi yaşayaq”.
Aytən Sadıqzadə
www.oxu.az