Nərminov rayonunda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 13-də K.Rəhimov küçəsində yaşayan Solmaz Əliyevaya məxsus su nasosunu oğurlanıb.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Solmaz Əliyevaya məxsus su nasosunun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sabunçu RPİ tərəfindən AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1978-cı il təvəllüdlü Amil Əliyev və 1980-ci il təvəllüdlü Hamlet Babayev tutulub.
Onların üzərinə baxış zamanı A.Əliyevdən 10,200, H.Babayevdən isə 11,412 qram tiryək aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Əhməd Əhmədova, Aydın Mustafayevə, Emil Mustafayevə, Eldar Şirəliyevə, Hüseyn Hüseynliyə və Arif Aslanova məxsus su nasoslarını oğurlayıblar.
E.Ə.
www.oxu.az