Beş ildir küsülü olan eks-dostlar, müğənni Kərim Abasov və Natavan Həbibi arasında olan gərginlik yenidən alovlanıb.
Kərim Həbibinin onun ünvanına dediyi “İndi bilmişəm ki, Kərimin oğlu var. Guya mən Səidəni onun oğlunun ad gününə qoymamışam. Qəlbiqara özünsən. Ona demişəm ki, istifadə olunma. Səndən istifadə edən bilir ki, sən eləsən. Sənin ağlın çatmır, mən sənə deyirəm, qulaq as, sənə satqın deməsinlər. Satıldın, getdin” sözlərinə sosial media hesabında cavab verib.
Oxu.Az xəbər verir ki, o, Natavana xəbərdarlıq edərək, ad çəkmədən müğənniyə hədə-qorxu gəlib:
“Əslində, çox yaxşı insanam. Bəzi müğənnilərdən xahişim var. Çox rica edirəm, mənim ünvanıma daş atmayın. Xahiş edirəm, mənimlə işiniz olmasın. Lampa öz altını görmür. Amma sizi yaxşı görürəm, tanıyıram. Əgər problem axtarmırsınızsa, öz taxta başınızda mənim adıma “stop” deyin. Bu, hədə-qorxu deyil. Sadəcə, sizin biabır olmağınızı istəmirəm, bu, böyük bir məsləhətdir”.
Qeyd edək ki, ifaçılar arasındakı küsülülüyə səbəb Natavan və Xalq artisti Aygün Kazımova qalmaqalının pik həddə olduğu dövrdə Kərimin Aygünün doğum gününə qatılması olub.
Pərviz Huseyn
www.oxu.az