“Niyamla aramız dəyməyib. Amma ondan uzaqlaşmışam”.
Oxu.Az xəbər verir ki, bunu müğənni Kərim Abbasov “Xəzər” telekanalında yayımlanan “Ay Zaur” axşam şousunda deyib.
Sənətçi həmkarı Niyam Salamidən yenidən küsdüyünü və ondan uzaqlaşdığını bildirib:
“Arada insanlardan qaçmağa üstünlük verirəm. Oktyabrın 31-də konsert oldu, noyabrın 1-də ondan uzaqlaşdım. Məni ondan qaçıran təkəbbürlülüyü oldu. “Mənəm-mənəm” deməsi yordu məni. Verilişlərə baxsanız, görərsiniz ki, neçə dəfə “mən-mən” deyir. Bu kəlmələr məni bezdirdi. Dostlarımı sevirəm, Niyamı çox istəyirəm”.
Verilişin aparıcısı Zaur Kamalın K.Abbasova ünvanladığı “Rəhim Rəhimli ilə aranızda nə baş verib?” sualına sənətçi sərt reaksiya verib:
“Onun adını çəkməyin. İnsan maqazin verilişlərinin birində çıxıb, efirdə sənə ağzına gələni deyir. “Kərim efirə çıxa bilər və ağzının danışığını bilməyə bilər” söyləyir.
Yeganə insan olub ki, var olduğu kimi, yox olub mənim üçün. Bir-birimizin evinə gedib-gəlmişik. Ona qalmaqal lazım idi, bilirdi ki, Kərimə söz atsa, sərt cavab verəcək.
Ünvanıma söz atdı və çəkilib kənarda gizləndi. Məni çox əsəbiləşdirdi. İki ildən artıqdır ki, Rəhimlə danışmıram”.