Müğənnilər Kərim Abbasov ilə Mətanət Əsədovanın toy məclislərinin birində rəqs edərkən lentə alınan videosu sosial şəbəkələrdə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, K.Abbasovun “Instagram”da paylaşdığı sözügedən görüntüləri 7 mindən çox insan izləyib.
Sosial şəbəkə istifadəçiləri isə məşhurların rəqsini bəyəndiklərini yazıblar.
A.S.
www.oxu.az