“Keyxanım” ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyeva arıqlaması ilə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, o, altı həftədir pəhrizlə yediyini bildirib.
Sənətçi bu barədə “Instagram” hesabında məlumat verib. “Keyxanım” altı həftə ərzində isə doqquz kiloqram arıqladığını deyib.
“Əməliyyatsız altı həftəyə doqquz kiloqram arıqladım”, - deyə Ülviyyə yazıb.
Qeyd edək ki, sənətçi iyun ayında Manaf adlı şəxslə ailə qurub. O, evlənəndən sonra çəkisinə xüsusi diqqət etməyə başlayıb.
Pərviz Hüseyn
www.oxu.az