Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kibariye konsertin bilet pullarını yığıb qaçdı
Türkiyəli müğənni Kibariye həyat yoldaşı ilə konsert vermək üçün Almaniyaya yollanıb. Ancaq onun konserti baş tutmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “İkinci sayfa” proqramına konsertin təşkilatçısı danışıb.
“Kibariye və əri təyyarədən enəndən sonra “Bizi türk marketinə apar” dedilər. 200 avro istədilər, verdim. Marketdən sosiska, kolbasa, yeddi qutu çay və bir çox məhsul aldılar. Sonra konsertin keçiriləcəyi məkana getdik, əri Ali Küçükbalıkçı qapının ağzına adam qoydu ki, bilet pullarını yığsınlar. Pulları toplayandan sonra gəlib dedilər ki, az adam var, Kibariye səhnəyə çıxmayacaq. Biletin pullarını da alıb qaçdılar”, - deyə təşkilatçı söyləyib.
Kibariye isə “Instagram” hesabından açıqlama yayaraq istəklərinin yerinə yetirilmədiyi üçün konserti ləğv etdiyini deyib.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər