Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Demetlə Handenin davası bitmir - FOTO
Türkiyəli müğənni Hande Yenerin Kiprdə konsertdən sonra jurnalistlərə verdiyi açıqlamalar Demet Akalınla arasında olan davanı qızışdırıb.
Oxu.Az xəbər verir ki, məhkəmələri ilə bağlı danışan Handenin “Mənə uzaalşmaq üçün təklif gəldi. Mən də qəbul etdim. Məhkəmələri belə boş mövzularla yormaq lazım deyil” deməsi Akalını özündən çıxarıb.
Qəzetdən xəbərləri oxuyan Demet sosial media hesabından məsələ ilə bağlı açıqlama verib.
“Söydüyün kimi üzr də istəsən, uzlaşacağıq. Qəbul etməmisiniz, barı düzgün məlumat verin. Məhkəməyə verən tərəf mənəm. Üzr istənilmədən uzlaşmağa getmək harada görülüb? Yaxşı niyyətim də bir yerə qədərdir. Həm söy, həm də hədiyyə olaraq səni əfv edək?”, - deyə Akalın yazıb.
Qeyd edək ki, hər iki məşhur arasında olan dava illərdir davam edir.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər