Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Demet Akalının Bakı konserti ləğv olundu
Türkiyəli ifaçı Demet Akalının Bakı konserti ləğv olunub.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə sosial media hesabında məlumat verib.
O bildirib ki, konsertinin ləğv olunmasından xəbərsiz olub.
“Sorğusuz-sualsız təşkilatçılar Bakı konsertini ləğv edib. Kimdən qorxdunuz ki?”, - deyə Akalın yazıb.
Qeyd edək ki, sənətçi son zamanlar həyat yoldaşı Okan Kurtdan boşanması ilə gündəmə gəlib.
Məhz boşanma hadisəsindən sonra da Demetin konserti ləğv olunub.
Pərviz Hüseyn
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər