Türkiyəli müğənni Demet Akalın boşanma xəbərilə gündəmdən düşmür.
Oxu.Az xəbər verir ki, 11 sentyabr tarixində 10 dəqiqə çəkən məhkəmə prosesilə həyat yoldaşı Okan Kurtdan boşanan ifaçının bunu niyə etdiyi bəlli deyildi.
Türkiyəli köşə yazarı Ahmet Hakan cütlüyün boşanmasının səbəbini bu gün elan edib.
O bildirib ki, Okan Kurtun ailə şirkəti olan “Martaj Lojistik” üç il öncə iflas edib. Üç il ərzində isə şirkətin ümumi borcu 150 mln. lirəyə çatıb.
Bu illər ərzində ərinin yanında olan Demet isə “Bu borc ailəmin və mənim borcumdur” deyərək sənətçini inandırıb. Lakin ötən günlərdə Akalının İstanbulun Beykoz bölgəsində yerləşən villasındakı əşyalar məhkəmənin icraçıları tərəfindən müsadirə edilib.
İcraçılar cütlüyün qızı Hiranın otağındakı oyuncaqları və əşyaları da götürüblər. Bu zaman Hira “Ana, mənim itimi də aparacaqlar” deyə Demetə sual verib.
Müğənni isə qızının bu sözündən sonra boşanma qərarı alaraq ərindən ayrılıb.
Qeyd edək ki, bu, Demet Akalının sayca üçüncü evliliyidir. Cütlük 2012-ci ildə ailə həyatı qurmuşdu.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər