Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Demet və əri on dəqiqəyə boşandılar - YENİLƏNİB + FOTO
Türkiyəli ifaçı Demet Akalın həyat yoldaşı Okan Kurtla 6,5 illik münasibətlərini bitirib.
Oxu.Az xəbər verir ki, cütlük on dəqiqə çəkən məhkəmə prosesi zamanı rəsmi olaraq ayrılıb.
Məhkəməyə ayrı-ayrı gələn cütlük çıxışda yan-yana gəlməyib.
Bu məqamda bildirək ki, Akalın bu gün “Instragram”dan Okanı izləmədən çıxararaq onunla olan bütün fotolarını silib.
Qeyd edək ki, onların bu evlilikdən Hira adlı qızları var.
10:44
Mülki həbs xəbərləri ilə gündəmdən düşməyən Demet Akalın və Okan Kurt cütlüyü boşanır.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanma prosesi bu gün baş tutacaq.
Qeyd edək ki, Demet Akalının 2012-ci ildə evləndiyi Okan Kurt rəhbəri olduğu “Martaş Lojistik” şirkətinin 150 mln. lirəlik borcuna görə çətin günlər keçirirdi.
Buna görə Akalının İstanbulun Beykoz səmtində olan 18 mln. lirə dəyərində olan villasına 2017-ci ildə mülki həbs verilmişdi.
2018-ci ilin iyulunda yenidən vəziyyəti pisləşən Okan “Borcumu ödəyəcəyəm”, - deyə bildirmişdi.
Borc məsələsi cütlüyün münasibətinə kölgə salmışdı. Demet “Pis günlər keçirdik, bunları da keçəcəyik. “Dayana bilmirəm” dediyim zamanlar oldu. Ərimi sevirəm. Ona heç bir maddi yardım etməmişəm. Elə böyük rəqəmləri ödəyə bilmərəm” demişdi.
Onu da qeyd edək ki, Demet Akalın 2006-cı ilin iyul ayında Oğuz Kayhan ilə evlənib, 3 ay sonra boşanıb. İkinci evliliyi Önder Bekensirlə olub. Onlar 22 yanvar 2010-cu ildə ailə həyatı qurub, 27 iyul 2010-cu ildə boşanıblar. Okan Kurt isə müğənninin üçüncü evliliyidir. Cütlük 23 aprel 2012-ci ildə evlənib.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər