Hər zaman bahalı geyimləri ilə gündəmə gələn məşhur türkiyəli müğənni Demet Akalın yenə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, sənətçi qızı Hiranın doğum gününə altı min lirəlik, təxminən üç min manat qiyməti olan tort sifariş edib.
Tortun bir həftə ərzində hazırlandığı deyilib.
Qeyd edək ki, D.Akalın və Okan Kurt cütlüyü 2012-ci ildə ailə həyatı qurub. Onların övladı 2014-cü ildə dünyaya gəlib.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər