Bir müddət futbol üzrə milli komandamızın əsas qapıçısı Kamran Ağayevlə sevgili olması ilə gündəmə gələn müğənni Əminə Şirinqızı aparıcılıq edəcək.
Oxu.Az xəbər verir ki, “Meloman” adlanan proqram həftə içi beş gün, “Space” TV-də yayımlanacaq.
Verilişdə aparıcıdan əlavə, üç jurnalist və digər qonaqlar yer alacaq.
Qeyd edək ki, Əminə Şirinqızı həm də “W-trio” qrupunun keçmiş solistidir.
Pərviz Hüseyn
www.oxu.az