Viktoria və David Beckham cütlüyünün 12 yaşındakı oğlu Romeo Beckham peşəkar modellərə meydan oxuyur.
Oxu.Az əcnəbi mətbuata istinadən xəbər verir ki, Romeo Beckham “Burberry”nin Yeni il kampaniyası üçün kamera qarşısına keçib. O, həmin brendin trenç və şarfını geyinib.
Markanın məşhur dizayn direktoru Christopher Bailey isə “onda fərqli cazibədarlıq və enerji var. Məncə, reklam kampaniyasının baş rolu üçün əsl lazım olan modeldir, onunla işlədiyim üçün çox xoşbəxtəm” deyib.
Aytən Sadıqzadə