Filippində fəaliyyət göstərən və 2014-ci ildə İŞİD-lə birləşən iki radikal təşkilat ölkədə keçiriləcək “Kainat gözəli” yarışması barədə qərar qəbul edib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, onlar yanvar ayında baş tutacaq müsabiqədə birinci yerə çıxan gözələ sui-qəsd edəcəklərini bildiriblər.
“Bangsamoro İslami Azadlıq Savaşçıları” və “Əbu Sayyaf” adlı təşkilatlar yayımladıqları videoda bu barədə təlimatların verildiyi və yekun qərar qəbul olunduğunu açıqlayıblar.
Xatırladaq ki, müsabiqə yanvarın 30-da keçiriləcək, gözələ tacı ötən ilin birincisi Pia Wurtzbach verəcək.
A.S.
www.oxu.az