Amerika mediasında Kim Kardaşyanın 1994-cü ildə çəkilən görüntüləri yayımlanıb.
Oxu.Az xəbər verir ki, video-görüntü Kimin 13 yaşında olduğu zaman lentə alınıb. O, səkkizinci sinifdə oxuyarkən məzuniyyət gününə həsr olunan tədbirdə mikrofonu əlinə alıb “Hər kəsdə bu görüntü varmı? Ümid edirəm ki, lentə alırsınız. Çünki böyüyüb məşhur olanda məni, yəni bu kiçik, gözəl qızı xatırlayacaqsınız” söyləyir.
Aytən Sadıqzadə