Müğənni Filipp Kirkorov həmişə olduğu kimi, bu dəfə də sevənlərini təəccübləndirib.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, ifaçı “Instagram” səhifəsində paylaşdığı foto ilə hər kəsi dilemma qarşısında qoyub.
Belə ki, keçəl şəklini sosial media hesabında yerləşdirən Filipp yazıb: “Mənəm, mən deyiləm?”.
İzləyicilərin bəziləri görüntüdəki insanın Kirkorov olmadığını, bəziləri ifaçının uzun saçlardan bezərək onlardan birdəfəlik canını qurtardığını, bəziləri isə şəklin fotoşop olduğunu bildirib.
Sənətçi özü bu hadqa hələ ki, açıqlama verməyib.

A.S.
www.oxu.az