“İncir Reçeli 2”də baş rolları canlandıran Halil Sezai və Şafak Pakdemir bir reportaj üçün Parisə yollanıblar.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda şalvarla gəzən müğənni Parisdə uzun ətək geyinib.
Halil Sezai küçədə gəzən zaman onu tanıyan pərəstişkarları ilə şəkil də çəkdirib.
Qeyd edək ki, onun oynadığı “İncir Reçeli 2” filmi 17 oktyabrda nümayiş olunmağa başlayandan 10 gün ərzində 750 min insan tərəfindən izlənilib.
Aytən Sadıqzadə