İnternetdə yeniyetmə qızın ayağının ilan sancdıqdan sonra büzüşüb qaraldığı əks olunan dəhşətli foto yayılmışdı.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, ilan zəhəri nekroza səbəb olaraq hüceyrələrin vaxtından öncə məhvinə gətirib çıxarır, nəticədə bütün yumşaq toxumalar məhv olub, qızın ayağının yerində qaralan və çürüyən sümük qalıb.
Adı məlum olmayan 13 yaşlı qız, Venesuela xəstəxanalarından birinə gətirilib, amma şəkli internetdə görən həkimlər ayağı amputasiya etməli olacaqlarını söyləyiblər, amma bu əməliyyatdan sonra da xəstənin sancma nəticəsində həlak olması mümkündür.
Liverpulda özəl təcrübə ilə məşğul olan həkim Arun Qoşun sözlərinə görə, ilan zəhəri tərkibinə görə mürəkkəbdir və onun orqanizmə təsirini öncədən müəyyənləşdirmək çətindir.
E.E.
www.oxu.az