Hazırda Ermənistanda girovluqda olan və dünən məhkəməsi keçirilən Şahbaz Quliyev və Dilqəm Əsgərovun dövlət tərəfindən təhkim olunan vəkilləri haqda məlumat var.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, kəlbəcərli girovların hər iki vəkili Azərbaycan əsilli ermənilərdir.
Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan 25 may 1968-ci ildə Bakıda anadan olub. 1975-1988-ci illərdə Bakıda Xətai rayonu, Akademik İzzət Orucov küçəsində yerləşən 55 nömrəli məktəbdə oxuyub. 1993-1998-ci illərdə İrəvanda Polis Məktəbində təhsil alıb. Hazırda 46 yaşı var və İrəvanda yaşayır.



Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan isə 18 fevral 1980-ci ildə Xankəndidə anadan olub. Hazırda İrəvanda yaşayır və 34 yaşı var.

E.Ə.
www.oxu.az