Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Erməni KİV daha bir azərbaycanlının əsir götürüldüyü haqqında məlumat yayıb – VİDEO](https://images.oxu.az/2014/07/14/19/04/31/697/ermeniler_esiri_tutublar:1200.jpg)
Erməni KİV daha bir azərbaycanlının əsir götürüldüyü haqqında məlumat yayıb – VİDEO
Məlum olub ki, bu gün günorta saatlarında erməni silahlı qüvvələri daha bir azərbaycanlı təxribatçını tərk-silah ediblər.
Oxu.Az Armlur.am-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Azərbaycandan Kəlbəcər ərazisinə keçmiş təxribatçını silah tətbiq etmədən “saxlayıblar”.
Erməni KİV-in məlumatına görə, onlar Kəlbəcər ərazisinə naməlum məqsədlə daxil olmuş təxribatçını mühasirəyə alaraq, ona silah tətbiq etməyə ehtiyac qalmayacaq qədər yaxınlaşaraq tərk-silah ediblər.
“Beləliklə də bu, hərbçilərin nəzarəti altına aldığı ikinci azərbaycanlıdır. Üçüncü təxribatçı isə Kəlbəcər-Vardanis avtomobil yolunda məhv edilib”, erməni KİV yazır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərdə Azərbaycan təxribatçıları barədə verilən bütün erməni KİV-in məlumatlarını təkzib edib. Bəyan edib ki, Quliyev Şahbaz Cəlal oğlu Azərbaycan Milli Ordusunda xidmət etmir.
Özümüzdən əlavə etmək istərdik ki, ermənilərin təqdim etdiyi fotoda göstərilən kişinin iyul ayında tutulduğu iddia edilsə də, nədənsə o, qış gödəkçəsindədir. Onun yanında duran ermənilər də heç də yay geyimində deyillər.
![](https://img.youtube.com/vi/9MY-n4TlAxw/sddefault.jpg)