Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib](https://images.oxu.az/2014/07/12/12/11/11/873/ermeni:1200.jpg)
Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib
Azərbaycanın hakimiyyət orqanları Azərbaycan vətəndaşının girov götürülməsi barədə mediada olan məlumatı aydınlaşdırmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın açıqlamasında bildirdiyinə görə, müraciətdə məlumat təsdiqini taparsa, BQXK-dan öz mandatına uyğun prosedurları həyata keçirmək xahiş olunub:
“BQXK neytral vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan mülki şəxslərə və hərbi əsirlərə baş çəkir, onların şəraiti ilə maraqlanır və ailələri ilə əlaqə yaradır”.
Qeyd edək ki, Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxs Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilir.
Erməni mediası girov götürülmüş şəxsin fotolarını da yayıb. Fotolarda Ş.Quliyevin mülki geyimdə olduğu görünsə də, erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir.
Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.
"BQXK" teqi üzrə xəbərlər
- Azərbaycanda saxlanılan separatçılara ailələri ilə əlaqə imkanı yaradılıb
- Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb
- Xocalıda kütləvi məzarlıqdan daha üç nəfərin qalıqları tapılıb - VİDEO
- Ermənistanda saxlanılan əsgərimizlə bağlı Qızıl Xaç Komitəsindən AÇIQLAMA
- Baş Prokurorluq: Xocalıda aşkarlanan kütləvi məzarlıqda ən azı dörd nəfər basdırılıb - YENİLƏNİB + FOTO/VİDEO
Rəylər